Birinci Qarabağ müharibəsi zamanı itkin düşən Məmmədov Mübariz İlyas oğlu dəfn olunub.
Viral.az xəbər verir ki, şəhid Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında Dövlət Himninin sədaları və yaylım atəşi altında torpağa tapşırılıb.
Mərasimdə şəhidin yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Son Yazılar:
- Növbəti il fantastik olacaq – Orban
- Rusiya, İraq və Səudiyyə Ərəbistanı neft bazarını müzakirə ediblər
- ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə RAZILAŞDI
Qeyd edək ki, M.Məmmədov 1966-cı ildə Tovuzda anadan olub. 1992-ci ildə şəhid olan mərhumun nəşinin qalıqları Ağdam rayonun Sırxavənd kəndində aşkarlanıb (report.az).