Bakının Qaradağ rayonun Lökbatan qəsəbəsində Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən şəhid Rüstəmov Tərlan Kamal oğlu ilə vida mərasimi keçirilib.
Viral.az xəbər verir ki, şəhidin yaxınlarına məxsus evdə keçirilən vida mərasimində ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimi başa çatdıqdan sonra şəhidin nəşi Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunacaq.
Son Yazılar:
- Bağçada azyaşlıya qarşı zorakılıq: Müəllim uşağın saçını yolub, döydü – VİDEO
- Azərbaycanda bir ailənin qətliamına görə ömürlük həbs VERİLDİ
- Ata boşanmaq istəyən qızını 7 gün zirzəmidə saxlayıbmış
Qeyd edək ki, T.Rüstəmov 1974-cü il martın 20-də Lerik rayonun Şivlə kəndində anadan olub. O, 1992-ci il sentyabrın 20-də Ağdam rayonunun Sırxavənd kəndində itkin düşüb. Şəhidin nəşinin qalıqları həmin kənddə aşkar olunub.