Ağdam Sənaye Parkında istifadəyə verilən zavodda elektromobillərin enerji doldurma cihazları da istehsal olunacaq.
Viral.az xəbər verir ki, bunu açıqlamasında rayondakı Sənaye Parkının tərkibində yeni fəaliyyətə başlayan “EEL Elektrik” zavodunun direktoru Vüsal Mirzəyev bildirib.
Onun sözlərinə görə, dövlət başçısının Ağdam rayonuna səfəri zamanı açılışını etdiyi elektrik avadanlıqları müəssisəsində bir neçə adda məhsul istehsal olunacaq:
Son Yazılar:
- Hamilə qadın qəfil vəfat etdi – VİDEO
- Bazarlarda bu məhsul kəskin ucuzlaşdı, alıcı yoxdur – VİDEO
- Milli Məclisdə yeni təyinat – FOTO
“Müəssisədə il ərzində 600-700 ədəd orta gərginlikli 10 və 35 kilovoltluq paylayıcı qurğuların istehsalı nəzərdə tutulur. Elektromobillər üçün enerji doldurma cihazlarının isə 500-600 ədəd civarında istehsalı planlaşdırılır”.
V.Mirzəyev müəssisənin iş prinsipi barədə də məlumat verib:
“İş prosesi bir növbəlidir. Hazırda müəssisədə ilkin olaraq 35 nəfər işlə təmin olunub. Nəzərdə tutulan işçi heyətinin sayı 70 nəfərdir. Vurğulamaq istərdim ki, zavodda işləmək üçün müraciət edənlərin sayı kifayət qədər çoxdur. Yaxın zamanlarda işçi sayının artması gözlənilir”.
Qeyd edək ki, Prezident İlham Əliyevin iştirakı ilə sentyabrın 19-da Ağdam Sənaye Parkında yeni istifadəyə verilən sənaye müəssisələrinin açılış mərasimi keçirilib (report.az).