Ermənistandakı etiraz aksiyalarının lideri keşiş Baqrat Srbazan Azərbaycanla sərhəddəki Kirants kəndindən İrəvana qayıdıb.
Viral.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, keşiş dərhal İərvandakı qondarma “Artsax nümayəndəliyi”nə baş çəkib.
Burada o, Qarabağdan qovulmuş “Artsax prezidenti” Samvel Şahramanyan və qondarma “Artsax deputatları” ilə görüşüb.
Son Yazılar:
- Supermodel ərə gedəndən bir neçə ay sonra ÖLDÜ
- Bələdiyyə sədrinin otağında əxlaqsızlıq – VİDEO
- Sabahın havası meteohəssas insanlar üçün ƏLVERİŞLİDİR
Görüş zamanı Baqrat Srbazan öz avtomobilini “Artsax nümayəndəliyi”nə bağışlamaq istədiyini bildirib.
Xatırladaq ki, ötən gün DİN-in xüsusi təyinatlıları “Artsax nümayəndəliyi”nə gedərək Samvel Şahramanyana xidmət edən avtomobili müsadirə ediblər. Onun özü isə istintaqa cəlb olunub.
“Mən hadisəni bu gün öyrəndim. Xalqımıza xidmət etmək üçün sizə maşınımı vermək istəyirəm”, – deyə Baqrat Srbazan avtomobilinin açarlarını Şahramanyana verib.