
Şəhid ailələrinin üzvləri Zəngilan və Cəbrayılda
26 İyun- Silahlı Qüvvələr Günü şəhid ailələrinin üzvləri Zəngilan və Cəbrayıl rayonlarına səfər ediblər. Viral.az xəbər verir ki, səfər zamanı onlar Zəngilan şəhər məscidini ziyarət edib, orada namaz qılıb dualar ediblər. Qonaqlar Zəngilan Konqres Mərkəzinə baş çəkərək Mərkəzin timsalında ərazidə görülən quruculuq işləri ilə və keçmiş məcburi köçkünlərin Ağalı kəndindəki həyat şəraiti ilə tanış olublar….