Avropa İttifaqından Rusiyaya yeni sanksiya məhdudiyyətləri
Avropa İttifaqı Rusiyaya qarşı 14-cü sanksiyalar paketi çərçivəsində 20 fiziki və 22 hüquqi şəxsə məhdudiyyətlər tətbiq etməyi planlaşdırır. Viral.az xəbər verir ki, bu barədə “Kommersant” Avropa mətbuatına istinadən yazıb. Nəşrin yazdığına görə, yeni sanksiyalar paketinə neft tankerlərinə məhdudiyyətlər, Rusiya Federasiyasından LNG və helium tədarükü və “ikili istifadə texnologiyalarına” giriş daxildir.