Paşinyanın partiyası foruma HAZIRLAŞIR

Ermənistanın baş naziri Nikol Paşinyanın hakim Mülki Müqavilə partiyası iyunun 22-də keçiriləcək 4-cü siyasi foruma hazırlaşır.

 

Viral.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Son Yazılar:

 

Qəzet iddia edir ki, müxalifətə görə forumun yeri və vaxtı əvvəlcədən açıqlanmır.

 

“Hakim komanda ehtiyat edir ki, “Vətən naminə Tavuş” etiraz hərəkatının tərəfdarları onların tədbirini korlaya bilər”, – “Hraparak” belə yazıb.

 

Nəşrin yazdığına görə, partiyanın nizamnaməsi forumda yalnız nisbətən dar dairəni özündə birləşdirən Mülki Müqavilə şurasının üzvlərinin iştirakını nəzərdə tutsa da, bu dəfə partiyadan olan bütün deputatların dəvət olunması qərara alınıb.