Bakıda daha bir küçədə təmir işləri ilə əlaqədar avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
Viral.az xəbər verir ki, bu haqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Sentyabr 21-də saat 21:00-dan etibarən Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində aparılacaq təmir işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.
Son Yazılar:
- Əsgərimizin ölümü ilə bağlı zabit həbs EDİLDİ
- 51 yaşlı müəllimin meyiti TAPILDI
- Qadın öldürüldü: 27 yaşlı ögey oğlu SAXLANILDI
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.