İsrail Rəfahda əlaqəni və interneti kəsdi

İsrail hakimiyyəti Qəzza zolağının cənubunda, Misir sərhədi yaxınlığında yerləşən Rəfahda əlaqəni və interneti kəsib.   Viral.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.    Məlumata görə, İsrail ordusunun artilleriya və hava hücumlarının intensivləşməsi fonunda Rəfahda əlaqə və internet kəsilib.   Qətərin Əl-Cəzirə telekanalının məlumatına görə, İsrail Müdafiə Qüvvələri Rəfahın cənub və qərb bölgələrində əməliyyatlar…

Ətraflı

COP29 ərəfəsində sülh müqaviləsi imzalanacaq?

Ermənistanın baş naziri Nikol Paşinyan bu ilin noyabrında Bakıda keçiriləcək COP29 iqlim konfransı ərəfəsində sülh müqaviləsinin imzalana biləcəyinə münasibət bildirib.   Viral.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.   Paşinyan deyib ki, tərəflər mətn üzərində işi tam başa çatdıra bildikdən sonra yer və vaxt daha çox müzakirə oluna bilər.   Onun sözlərinə görə, tərəflər bundan əvvəl Praqa…

Ətraflı

Bayden Ukraynaya ABŞ silahlarından Rusiyada istifadəyə icazə verəcək?

“Bayden Ukraynaya Amerikanın qısa mənzilli silahlarını Rusiya ərazisinə atmağa icazə vermək imkanını nəzərdən keçirir”.   Viral.az xəbər verir ki, bunu “Washington Post”un köşə yazarı Devid İqnatius bildirib.   Onun sözlərinə görə, bu, Rusiya ordusunun cəbhədə irəliləməsinə qarşı cavab tədbiri kimi qiymətləndirilir. İkinci əks tədbir Çini Moskvaya əsas texnologiyalar tədarük etdiyinə görə cəzalandırmaqdır.   “Bu addımlar Baydenin…

Ətraflı

Daxili işlər naziri erməni keşişin görüş tələbini RƏDD ETDİ

“Vətən naminə” hərəkatının lideri, Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyan tərəfdarları ilə birlikdə mayın 29-da Ermənistan Daxili İşlər Nazirliyinin binasına gəlib. Viral.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, etirazçılar Qalstanyanla daxili işlər naziri Vahe Qazaryan arasında görüş tələb ediblər. Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan hərəkat rəhbərinə yaxınlaşaraq Qazaryanın hazırda görüşlər…

Ətraflı

Bizim silahlarla Rusiya ərazisini vurmaq olar

Polşa Ukraynaya silahlarını Rusiya ərazisindəki hədəflərə qarşı istifadə etməyə icazə verib.   Viral.az xəbər verir ki, bunu “Radio Zet”in efirində Polşa Müdafiə Nazirliyinin rəis müavini Sezari Tomçik deyib.   “Ukraynaya tədarük etdiyimiz Polşa silahları ilə bağlı heç bir məhdudiyyət yoxdur”, – o vurğulayıb.   Qeyd edək ki, hazırda Qərbdə bununla bağlı müzakirələr davam edir. Böyük Britaniya…

Ətraflı

Rusiyadan enerji idxalına son qoyun!

Almaniya Avropa İttifaqını Rusiyadan enerji idxalının son 20%-dən imtina etməyə çağırıb.   Viral.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.   Agentliyin məlumatına görə, bu məqsədlə Almaniya Çexiya ilə birlikdə Rusiyadan qaz, o cümlədən LNG, eləcə də neft və nüvə yanacağının tədarükünün mərhələli şəkildə dayandırılması yollarını müəyyən edəcək yüksək səviyyəli işçi qrupunun çağırılmasını xahiş edib….

Ətraflı

Putin köməkçisini Dövlət Şurasının katibi təyin etdi

Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası prezidentinin köməkçisi Aleksey Dyumini Dövlət Şurasının katibi vəzifəsinə təyin edib.   Viral.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.   “Rusiya Federasiyası Prezidentinin köməkçisi A.G. Dyumin Rusiya Federasiyası Dövlət Şurasının katibi təyin edilsin”, – dövlət başçısının müvafiq sərəncamında deyilir.   Fərman imzalandığı gündən qüvvəyə minir.  …

Ətraflı

Rusiyanın “Birinci Kanal”ının Ermənistandakı yayımı DAYANDIRILIB

Ermənistanda Rusiyanın “Birinci Kanal”ının yayımı dayandırılıb.   Viral.az “Mediazona”ya istinadən xəbər verir ki, bunu respublikanın yüksək texnoloji sənaye naziri Mxitar Hayrapetyan bildirib.   İrəvandan olan “Mediazona” oxucusu təsdiqləyib ki, əvvəllər “Birinci Kanal”ın olduğu düyməni basanda tüninq masası açılır – müxtəlif rəngli şaquli zolaqların xüsusi televiziya effekti.   Hayrapetyanın sözlərinə görə, “Birinci Kanal”ın xaricdəki hüquqi şəxsi – “1-ci…

Ətraflı

Şimali Koreyadan Cənubi Koreyaya zibilli şarlar GÖNDƏRİLDİ

Şimali Koreya Cənubi Koreyaya 150-dən çox zibil şarı göndərib.   Viral.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.   Cənubi Koreya ordusunun məlumatına görə, şarlar mayın 28-i axşam saatlarında sərhədi keçməyə başlayıb və ölkənin müxtəlif yerlərinə düşüb. Onların içərisində plastik butulkalar, batareyalar, ayaqqabı hissələri və peyin olub.   Cənubi Koreyadan gələn təbliğat materialları bütün…

Ətraflı

Şolts Ukraynaya Qərb silahları ilə Rusiyanı vurmağa icazə verilməsini istəyir

Almaniya kansleri Olaf Şolts, görünür, Ukraynaya Qərb silahları ilə Rusiyanı vurmağa icazə verilməsini dəstəkləyir.   Viral.az xəbər verir ki, bunu “The Guardian” yazıb.   Nəşr yazır ki, Fransa prezidenti Emmanuel Makron Almaniyaya dövlət səfəri zamanı bu barədə danışarkən kansler də bu məsələdə Ukraynanı dəstəkləyib.   Bununla belə, o əlavə edib ki, ukraynalıların silah tədarükçülərinin şərtlərinə əməl etməsi şərti…

Ətraflı

Rusiyanın Ukraynadakı itkiləri 505 mini geridə qoydu

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1300 hərbçisini itirib.   Viral.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.   Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 505 100 nəfərə çatıb.   Həmçinin son sutka ərzində Rusiyaya məxsus 8 tank, 33 zirehli döyüş maşını, 37 artilleriya sistemi…

Ətraflı

İzmirdə ZƏLZƏLƏ

Türkiyənin İzmir vilayətində yenidən zəlzələ qeydə alınıb.   Viral.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.   Bildirilib ki, vilayətin Menderes rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3 ballıq maqnituda ilə qiymətləndirilib.   Ocağı yerin 8.8 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Ətraflı

Pakistanda avtobus qəzası – 28 nəfər öldü

Pakistanın Bəlucistan əyalətində avtobusun qəzaya uğraması nəticəsində azı 28 nəfər ölüb, 20-yə yaxın şəxs yaralanıb.   Viral.az xəbər verir ki, bu barədə “Daily Pakistan” qəzeti məlumat yayıb.   Hadisə çərşənbə günü səhər saatlarında Vaşuk rayonunda baş verib.   İlkin versiyaya görə, avtobusun təkəri partlayıb, bundan sonra o, yoldan çıxaraq aşıb.   Hadisə yerinə xilasedicilər cəlb…

Ətraflı

İraliyada demoqrafik BÖHRAN

2008-ci ildən etibarən İtaliya əhalisinin sayı azalmağa doğru gedir.   Viral.az İtaliya mətbuatına istinadla xəbər verir ki, bu ölkə Avropada ən aşağı doğum göstəricisinə malikdir. Hər italiyalı qadın orta hesabla 1,2 uşaq dünyaya gətirir. Əhalinin təbii artımı üçün bu göstərici azı 2 olmalıdır. Vəziyyət indiki kimi davam edərsə, yaxın 50 ildə ölkə əhalisinin sayı 12…

Ətraflı

Məşhur filmdəki ev satışa çıxarıldı – 5.2 milyon…

Dünyaca məşhur “Evdə tək” filminin çəkildiyi ev satışa çıxarılıb.   Viral.az-ın məlumatına görə, 1990-cı ildə Makoley Kalkinin baş rolda oynadığı filmin çəkildiyi evin ümumi sahəsi 840 kvadratmetrdir.   Beş yataq otağı və altı vanna otağı olan malikanə Çikaqo ətrafında yerləşir.    Mənzil daşınmaz əmlak agentliyi vasitəsilə 5,25 milyon dollara satışa çıxarılıb . Köşk sonuncu dəfə…

Ətraflı

Ukraynadan daha bir TƏBRİK

“Azərbaycanlı dostlarımızı Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirik!”. Viral.az xəbər verir ki, bu sözləri Ukrayna Ali Radasının vitse-spikeri Olena Kondratyuk “Facebook” hesabında paylaşıb: Bildirilib ki, 106 il əvvəl ilk dəfə müstəqil dünyəvi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılıb, eyni zamanda Azərbaycan Parlamenti də yaradılıb: “Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməkdə Azərbaycanın dəyişməz mövqeyini yüksək qiymətləndiririk. Rusiyanın genişmiqyaslı işğalından…

Ətraflı

Gürcüstan parlamenti prezidentin vetosunu LƏĞV ETDİ

Bu gün Gürcüstan parlamenti Prezident Salome Zurabişvilinin “xarici təsir” haqqında qanuna veto qoymasını səs çoxluğu ilə ləğv edib.   Viral.az xəbər verir ki, qanunun lehinə 84, əleyhinə isə 4 deputat səs verib.   Parlamentin gərgin keçən iclasında insident də qeydə alınıb. “Gürcü arzusu”nun deputatı İrma Zavradaşvili “Strategiya Aqmaşenebeli” partiyasının sədri Giorgi Vaşadzenin üzərinə su töküb. Hadisə…

Ətraflı

Tramp Assanjı əfv edə bilər

Donald Tramp ABŞ prezidenti seçiləcəyi təqdirdə “Wikileaks” portalının təsisçisi Culian Assanjı əfv etmək barəsində ciddi şəkildə düşünəcək.   Viral.az xəbər verir ki, Donald Tramp bu barədə podkaster Tim Poula müsahibəsi zamanı bildirib. O, prezident seçiləcəyi təqdirdə Assanjı əfv edib-etməyəcəyi ilə bağlı suala cavab verib:   “Biz bunu çox ciddi nəzərdən keçirəcəyik”, – deyə Tramp qeyd edib….

Ətraflı

“Taliban”la əlaqələr qurmalıyıq – Putin

Rusiya “Taliban”la hansısa formada əlaqələr qurmalıdır.   Viral.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Taliban”ın Rusiya Federasiyasında terror təşkilatları siyahısından çıxarılmasının mümkünlüyü haqqında danışarkən bildirib.   ““Taliban”la hansısa formada əlaqələr qurmalıyıq, onlar hazırki hakimiyyətdir”, deyən Putin qeyd edib ki, Rusiya “Taliban”ın terrorçu təşkilarların siyahısından çıxarılması məsələsində regiondakı hər bir ölkənin fikrini nəzərə alır….

Ətraflı

Danimarka Fələstini dövlət kimi tanımadı

Danimarka parlamenti Fələstinin dövlət kimi tanınmasının əleyhinə səs verib.   Viral.az xarici KİV-ə istinadən xəbər verir ki, qərar layihəsi bugünkü iclasda səsverməyə çıxarılsa da, parlamentarilərin dəstəyini qazana bilməyib.   Qeyd edək ki, İrlandiya, İspaniya və Norveç Fələstinin beynəlxalq hüququn subyekti kimi tanınması barədə qərar elan edib.

Ətraflı