Türkiyə millisində Portuqaliya matçı öncəsi iki məcburi DƏYİŞİKLİK

Türkiyə milli komandasının bu axşam Portuqaliya yığmasına qarşı keçirəcəyi oyun öncəsi bəzi xəbərlər yayılıb.

Viral.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Dortmundda keçiriləcək matçda Türkiyə millisinin əsas qapıçısı Mert Günok meydana çıxa bilməyəcək. Türkiyənin qapısını Altay Bayındır qoruyacaq. Mert Günokun bu gün səhər saatlarında ağrıları və dizində şiş olduğu bildirilib.

Yarımmüdafiəçi Arda Gülerin yerinə isə Yunus Akgünün oynayacağı gözlənilir. Ardanın özünü yorğun hiss etdiyi söylənilir.

Son Yazılar: