Qazaxıstanın paytaxtı Astanada 26 mərtəbəli yaşayış kompleksində yanğın baş verib.
Viral.az xəbər verir ki, bu haqda ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Astana yanğınsöndürmə bölmələri çağırışla Turan 37/9 ünvanına gəliblər. Hadisə yerinə gələn yanğınsöndürənlər yaşayış kompleksinin çöl üzlüyünün yandığını müəyyən ediblər. Əraziyə 16 texnika və 72 nəfər cəlb olunub”, – deyə məlumatda qeyd olunub.
Son Yazılar:
- limanlar idxal olunan avtomobillərlə dolub-daşdı
- Kliniki Tibbi Mərkəzdə 13 nəfər zəhərlənmədən ÖLDÜ
- Avropada ən populyar avtomobillər – ADLAR
Qazaxıstan FHN hadisə yerində qərargah yaradıldığını bildirib. Qeyd olunub ki, xilasedicilər artıq biri uşaq olmaqla 8 nəfəri təxliyə ediblər.
Son məlumata görə, Qazaxıstanın paytaxtı Astanada çoxmərtəbəli binada baş verən yanğın lokallaşdırılıb.