Mirziyoyev Dağıstanda baş verən terror aktından DANIŞDI

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Rusiya Prezidenti Vladimir Putinə teleqram vuraraq Dərbənd və Mahaçqalada törədilən terror aktlarını pisləyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları və mülki şəxslər arasında çoxsaylı insan tələfatına görə başsağlığı verib.

Viral.az TASS-a istinadən xəbər verir ki, bu barədə Mirziyoyevin mətbuat katibi Şerzod Əsədov məlumat verib.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə Dərbənd və Mahaçqala şəhərlərində hüquq-mühafizə orqanlarının əməkdaşları və mülki şəxslərin çoxsaylı tələfatına səbəb olmuş terror aktları ilə əlaqədar dərin hüznlə başsağlığı verib. Özbəkistan lideri Dağıstanda törədilən terror aktını qətiyyətlə pisləyib və bu çağırışlarla mübarizədə müvafiq strukturlar arasında fəal əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib. 

Son Yazılar:

Yusif EYVAZLI