Bu saytlara Avropada giriş QADAĞAN EDİLİR

Avropa İttifaqı daxilində bir sıra Rusiya KİV-lərinə giriş qadağan ediləcək.

Viral.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının saytında bildirilir.

Bildirilir ki, məhdudiyyətlər “RİA Novosti”, “İzvestiya” və “Rossiyskaya qazeta” kimi KİV-lərə şamil olunacaq.

Son Yazılar:

Bundan əvvəl məlum olub ki, Avropa İttifaqı Rusiyada 116 fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib. Bu tədbirlər ölkəyə qarşı yeni, 14-cü sanksiyalar paketinə daxil edilib.

Yusif EYVAZLI