ADY növbəti “Təhlükəsizlik həftəsi”ni elan edib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) növbəti “Təhlükəsizlik həftəsi”ni elan edib.

 

ADY-dan Viral.az-a verilən məlumata görə, 24-30 iyun tarixlərini əhatə edən kampaniyada əsas məqsəd – dəmir yolu xidmətlərindən istifadə edən, dəmir yolları ətrafında yaşayan insanları təhlükəsizlik qaydalarına əməl etməyə çağırmaq və təhlükəsizlik səviyyəsini artırmaq üçün ADY-nin həyata keçirdiyi tədbirləri geniş ictimaiyyətə çatdırmaqdır.

Son Yazılar:

 

“Siz də dəmir yollarında təhlükəsizliyə risk yaradan hallarla qarşılaşdığınız zaman 1822 Əlaqə Mərkəzini məlumatlandıraraq “Təhlükəsizlik həftəsi”nə töhfə verə bilərsiniz”, – məlumatda qeyd olunur.