Bu ölkə meymun çiçəyinə görə nəzarət tətbiq edir

Cənubi Afrika hökuməti respublikada mpox (meymun çiçəyinin yeni adı) yoluxucu xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə ölkənin xarici sərhədlərində sanitar nəzarət tədbirləri tətbiq edib.

Viral.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Cənubi Afrika Sərhəd Nəzarəti Agentliyi məlumat verib.

Cənubi Afrikanın Səhiyyə Nazirliyinin bu ay ölkədə 13 nəfərin mpox virusuna yoluxmasının müəyyən edildiyini bildirməsindən sonra sanitar nəzarət tədbirləri tətbiq edilib.

Son Yazılar:

Onlardan ikisi dünyasını dəyişib.

Dəniz SƏTTARLI