Britaniya şahzadəsi yaddaşını itirdi

Beyin sarsıntısı ilə xəstəxanaya yerləşdirilən Britaniya şahzadəsi Anna baş verənləri izah edə bilmir.

Viral.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

İyunun 23-də Kral III Çarlzın 73 yaşlı bacısı Qlosterşirdəki malikanəsinin ətrafında gəzərkən başından xəsarət alıb. O, helikopterlə xəstəxanaya aparılıb və bu günə kimi orada qalıb. Şahzadənin həftə sonuna qədər evə buraxılacağı gözlənilir.

Son Yazılar:

Anna beyin sarsıntısı nəticəsində baş verənlərlə bağlı yaddaşını itirdiyindən dəqiq nə baş verdiyi məlum deyil. Mütəxəssislər hesab edirlər ki, oxşar zədə at və ya bir neçə atın dırnaqları ilə onun başına vurması nəticəsində yarana bilər.

(redaktor.az)