“Şerif” – “Zirə” matçının hakimləri açıqlandı

UEFA Avropa Liqasının 1-ci turunda  “Zirə”nin “Şerif”lə (Moldova) səfərdə keçirəcəyi oyununun hakimləri açıqlanıb.

 

Viral.az xəbər verir ki, matçı isveçrəli hakimlər briqadası idarə edəcək.

Son Yazılar:

 

Oyunun baş hakimi Alessandro Dudiç olacaq. Yan xətdə ona Paskal Hirzel və Susann Künqa mömək edəcək. Dördüncü hakim funksiyasını isə Anoyen Kanaqasinqam yerinə yetirəcək.

 

Qeyd edək ki, “Şerif” – “Zirə” görüşü iyulun 11-i saat 21:00-da “Şerif” İdman Kompleksində keçiriləcək. Cavab oyunu isə 1 həftə sonra “Liv Bona Dea Arena” olacaq. Bu oyun saat 20:00 da başlayacaq.