Azərbaycan Kubokunun finalında üz-üzə gələcək “Qarabağ”la “Zirə” 37-ci dəfə qarşılaşacaq.
Viral.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, komandalar indiyədək 36 dəfə görüşüblər.
Son Yazılar:
- Azərbaycanda ən çox sürülən Çin maşınları
- Külli miqdarda borcu olan məşhur klinikanın sahibi DƏYİŞDİ
- UEFA “Çelsi”ni cərimələyə BİLƏR
Bu matçlardan 35-i Premyer Liqa, 1-i kuboka təsadüf edib. Ağdam təmsilçisi 23, bakılılar isə 1 dəfə qalib gəlib. 12 qarşılaşma heç-heçə bitib.
Yeganə kubok görüşündə də sülh qeydə alınıb. İki il əvvəl finalda üz-üzə gələn rəqiblər kubokun taleyinə penaltilər seriyasında aydınlıq gətiriblər. Daha dəqiq olan “Qarabağ” titula yiyələnib.
Əvvəlki matçlarda Qurban Qurbanovun komandası 71, “Zirə” 18 qola imza atıb.