Dövlət Dumasında MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Qarabağın Rusiya tərəfindən Azərbaycana “verilməsi” ilə bağlı dediklərinə cavab verib.
Viral.az xəbər verir ki, Zatulin Qriqoryanın yalan danışdığını vurğulayıb:
“Cənab Qriqoryan işəgötürən Nikol Paşinyandan (Ermənistanın baş naziri-red.) daha böyük rusofobdur və bir sıra hallarda müdirinin ağlına gələni onun dilindən açıqlanır. Bu halda söhbət açıq-aşkar yalandan gedir”, – Zatulin vurğulayıb.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Deputat qeyd edib ki, Paşinyana nəinki Qarabağ lazım deyil, həm də “daxili olaraq zərərlidir” və buna görə də qərbli dostlarının yolu ilə getməyə üstünlük verib.
“O, Rusiyanın Qarabağdakı sülhməramlı missiyasını çətin vəziyyətə salıb. Görünür, bu, onun Qərblə yeni dostluğunun şərti idi, axı Qərbə Qarabağda rus sülhməramlıları lazım deyil. Necə ki, Ermənistanın KTMT-yə üzv olması və ya Gümrüdə Rusiya bazasının olmasını istəmirlər”, – deyə Zatulin bildirib.
İyunun 26-da Ermənistan Təhlükəsizlik Şurasının katibi A.Qriqoryan Moskvanı Ermənistanın Rusiyadan tam asılılığı şəraitində Qarabağı Azərbaycana verməkdə ittiham edib. O deyib ki, Rusiya “gəlib, “Dağlıq Qarabağ”ı əlimizdən alıb, Azərbaycana qaytarıb, sonra da geri qayıdıb”. Qriqoryan bildirib ki, Rusiyanın icazəsi olmasaydı, müharibə olmazdı.
Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib ki, Qriqoryan Rusiyanın Qarabağı Azərbaycana “geri qaytarması” ilə bağlı dediyi sözlərlə erməni xalqını aşağılayıb.