Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi davam edir.
Dövlət İmtahan Mərkəzindən Viral.az-a bildirilib ki, ixtisaslaşma seçiminə magistraturaya fevralın 11-də və aprelin 28-də keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.
Həmin bakalavrlar iyunun 30-u saat 23:59-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə ixtisaslaşma seçimini aparmalıdırlar.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
İyunun 27-si saat 09:45-ə olan məlumata əsasən 7799 (Azərbaycan bölməsi – 7110 nəfər, rus bölməsi – 689 nəfər) bakalavr öz ərizəsini təsdiq edib.
İxtisaslaşma seçimi aparılan müddətdə bakalavr bitirdiyi ixtisasa müvafiq və istəyinə uyğun olan 20-dək ixtisaslaşmanın kodunu seçərək “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir.
Müsabiqəyə yalnız ərizələrini təsdiq etmiş bakalavrlar buraxılacaqlar.
İxtisaslaşma seçimi elanının tam mətni Mərkəzin saytında yerləşdirilib.