Polşa və Baltikyanı ölkələr Aİ-dən pul istəyir

Polşa, Latviya, Litva və Estoniya Rusiya və Belarusla sərhəddə “müdafiə xətti” çəkməyi planlaşdırır və Avropa İttifaqından bunun üçün vəsait ayırmağı xahiş edirlər.

Viral.az bildirir ki, bu barədə “Reuters” agentliyi siyahıda adı çəkilən Aİ ölkələrinin liderlərinin Aİ Şurasına sədrlik edən Belçikaya göndərdiyi məktuba istinadən xəbər verir.

Məktubda deyilir: “Aİ-nin Rusiya və Belarusla xarici sərhədi boyunca müdafiə infrastrukturu sisteminin qurulması təcili olaraq Aİ-ni hərbi və hibrid təhlükələrdən qorumağa kömək edəcək”.

Son Yazılar:

Agentliyin diplomatik dairələrdən olan həmsöhbətləri bildiriblər ki, 700 km-lik müdafiə xəttinin tikintisi üçün ən azı 2,5 milyard avro lazımdır.

Dəniz SƏTTARLI