Aİ Ukrayna yumurtası və şəkərinə rüsum tətbiq edəcək

İyunun 28-də Avropa İttifaqı Ukraynadan yumurta və şəkər idxalına bir il müddətinə rüsumlar tətbiq edəcəyini elan edəcək.

Viral.az “Financial Times”a istinadən xəbər verir ki, Ukrayna məhsullarına ağ şəkərin hər tonu üçün 419 avro, xam şəkərin hər tonu üçün 339 avro və yumurtanın kiloqramı üçün 30 avro sent ödəmələri nəzərdə tutulub.

Ukraynadan gələn mallara rüsumların ləğvi 2022-ci ildən qüvvədədir. Bu yaxınlarda müvafiq qərarın qüvvədə olma müddəti daha bir il uzadılıb.

Son Yazılar:

Yusif EYVAZLI