İtaliya millisində “məhəbbət üçbucağı” konfliktə səbəb olub.
Viral.az xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Qeyd olunub ki, bazar ertəsi İtaliya yığması futbol üzrə Avropa çempionatının qrup mərhələsinin oyununda az qala Xorvatiyaya uduzurdu. 90-cı dəqiqədə 29 yaşlı yarımmüdafiəçi Mattia Zakkani hesabı bərabərləşdirərək komandanı xilas edib.
Nəşrin məlumatına görə, onun digər yarımmüdafiəçi – 24 yaşlı Nikolo Zaniolo ilə gərgin münasibəti var. Düşmənçiliyin səbəbi sevgi məsələsidir.
Belə ki, Zakkani 26 yaşlı italyan model Çiara Nasti ilə evlidir. Onların bir oğlu var. Lakin “Bild” yazır ki, model 2021-ci ilin aprelinə qədər Zaniolo ilə görüşürmüş. O, son vaxtlara qədər paytaxtın “Roma” klubunda çıxış edib.
Matçların birində azarkeşlər qışqırıblar: “Zakkaninin oğlu Zaniolodandır!”.
Zaniolo isə buna gülüb. Nasti sosial şəbəkələrdə hadisəyə reaksiya verib: “Luzersiniz, həm də axmaq!”.