Xarici dil müəllimlərinin 21 faizi sertifikasiya imtahanından KƏSİLİB

Xarici dil müəllimlərinin 21 faizi sertifikasiya imtahanında keçid balını toplaya bilməyib.

 

Viral.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2024: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.

Son Yazılar:

 

Nazir bildirib ki, xarici dil müəllimlərinin 48 faizi 30-50 bal arasında, 31 faizi isə 51 baldan yüksək nəticə göstərib. Emin Əmrullayev prosesdə iştirak edən 13 min 957 xarici dil müəllimindən 11 min 84-nün uğur qazandığını diqqətə çatdırıb.