“Forbes” jurnalı 2023-cü il üçün alınan dividendlərə görə, 50 ən zəngin rusiyalının reytinqini açıqlayıb.
Viral.az xəbər verir ki, siyahıya “Lukoyl”un əsas səhmdarı Vahid Ələkbərov başçılıq edir. Onun dividend gəliri 177,4 milyard rubl qiymətləndirilib.
Reytinqdə ikinci yerdə “Novatek” qaz şirkətinin səhmdarı Leonid Mixelson qərarlaşıb, onun dividend gəliri 105 milyard rubl təşkil edib.
Son Yazılar:
- “Embawood”un şöbə rəisi arvadını öldürmüşdü: 1 il həbs VERİLDİ
- Azərbaycan Dəmir Yolları: Əməyin mühafizəsi və ətraf mühitin qorunmasında yeni yanaşmalar
- “Ukrayna dairəsi”nin yeni layihəsi hazırlandı
Üçüncü lider kimya istehsalçısı “Sibur Holdinq”in səhmdarı Gennadi Timçenkodur. Kontinental Xokkey Liqasının direktorlar şurası sədrinin dividend gəliri 84,6 milyard rubl qiymətləndirilir.
Dördüncü və beşinci yerləri “USM və” və “Farmstandard”ın təsisçiləri Əlişir Usmanov və Viktor Xaritonin tutur. Onlar müvafiq olaraq 79,9 milyard rubl və 77,6 milyard rubl məbləğində dividend gəliri əldə ediblər.
İlk “10-luq”a həmçinin Leonid Fedun (57,1 milyard rubl), Aleksey Tayçer (51,5 milyard rubl), Andrey Skoç və ailəsi (48,9 milyard rubl), Andrey Quryev və ailəsi (45,8 milyard rubl), Vladislav Sviblov (36,2 milyard rubl) daxil olub.