Aİ Ukraynaya 1,9 milyard avro tranş ayırıb

Ukrayna “Ukraine Facility” proqramı üzrə Avropa İttifaqından (Aİ) 1,9 milyard avro alıb.

 

Viral.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Son Yazılar:

 

“Ukraynanın dövlət büdcəsinə Avropa İttifaqından 1,9 milyard avro məbləğində şərtsiz maliyyə (Pre-financing) tranşı daxil olub”, – məlumatda bildirilib.

 

Nazirlik vurğulayıb ki, 2022-ci ilin fevralından Aİ Ukraynaya təxminən 35 milyard avro birbaşa büdcə yardımı edib.

 

Qeyd edək ki, fevralın 1-də Brüsseldə keçirilən sammitdə Aİ ölkələrinin liderləri 2024-2027-ci illər üçün “Ukraine Facility” fondu çərçivəsində Kiyevə 50 milyard avro vəsaitin ayrılmasını təsdiqləyiblər.