Ermənistanı tərk edən Qarabağ ermənilərinin sayı açıqlandı

İyunun 1-nə olan məlumata görə, Qarabağdan Ermənistana köçən  17743 nəfər erməni Ermənistanı hava və quru yolla tərk edib, 7435 nəfər isə geri qayıdıb.

Başqa sözlə, iyunun 1-nə olan məlumata görə, 10308 Qarabağ ermənisi Ermənistanı tərk edib və geri qayıtmayıb.

Viral.az xəbər verir ki, bu məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidməti açıqlayıb.

Son Yazılar:

Mayın 1-i ilə müqayisədə Ermənistanı tərk edən Qarabağ ermənilərinin sayı 383 nəfər artıb.