Avropa İttifaqı Şurası rəsmi Tiflisin hərəkətləri nəticəsində Gürcüstanın Avropa İttifaqına qəbul prosesinin dayandırılması ilə bağlı xəbərdarlıq edib.
Viral.az xəbər verir ki, bu barədə Aİ sammitinin yekunlarına dair bəyanatda deyilir.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
“Xarici Təsirdə Şəffaflıq Aktı Komissiyanın Namizəd statusu ilə bağlı tövsiyəsində qeyd olunan addımlardan kənara çıxmağı təmsil edir.
Avropa Şurası Gürcüstan hakimiyyətini hazırkı fəaliyyət kursunu dəyişdirərək öz niyyətlərini aydınlaşdırmağa çağırır ki, bu da Gürcüstanın Aİ-yə yolunu təhlükə altına qoyur və üzvlük prosesini faktiki olaraq dayandırır”, – bəyanatda deyilir.
Aİ liderləri həmçinin Gürcüstanda vətəndaş cəmiyyəti nümayəndələrinə, siyasətçilərə, fəallara və jurnalistlərə qarşı artan hədə-qorxu və hücum hallarına son qoymağa çağırırlar.
Onlar həmçinin bu ilin payızında Gürcüstanda azad və ədalətli parlament seçkilərinin təmin edilməsinin vacibliyini vurğulayıblar.