Deputat təhsillə bağlı həyəcan təbili çaldı: Saxta diplomları araşdırmalıyıq!

Ölkədə təhsil səfərbərliyinə başlamaq lazımdır. 

Viral.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclasında Mədəniyyət komitəsinin sədri Fazil Mustafa bildirib.

“Biz elə bilirik ki, ölkədə sanki saxta diplom alanlar ancaq müəllimlərdir. Biz bunu ciddi araşdırmalıyıq. Biz müəllimlərin sosial durumlarına baxsaq görərik ki, bəzilərinin sertifikasiya prosesinə hazırlaşmaq imkanı yoxdur. Digər tərəfdən, direktorlar üçün səlahiyyət müddəti beş il müəyyən olunub. Bu müddətdə direktor məktəbi necə toparlaya bilər? Ona görə də ölkədə təhsil sahəsində səfərbərlik gücləndirilməlidir”, -deyə o bildirib.

Son Yazılar: