Monqolustanda Dövlət Böyük Xuralına (parlament) seçkilərdə səsvermə rəsmən başlayıb.
Viral.az xəbər verir ki, bu barədə Monqolustanın rəsmi xəbər agentliyi (MONTSAME) məlumat yayıb.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Monqolustan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, ölkə üzrə 2,2 milyondan çox vətəndaş 2198 seçki məntəqəsinə gedə biləcək.
Seçki məntəqələri yerli vaxtla saat 07:00-dan 22:00-a qədər açıq olacaq.
Builki parlament seçkilərində 19 siyasi partiya və iki blokdan ümumilikdə 1341 namizəd, həmçinin 42 bitərəfin namizədliyi irəli sürülüb. Tarixdə ilk dəfə olaraq 519 qadın namizəd Dövlət Böyük Xuralında yerlərin 30%-i uğrunda mübarizə aparır.
Seçkilər qarışıq seçki sistemi tətbiq edən və parlamentdəki yerlərin sayını 76-dan 126-ya qaldıran yeni qanun əsasında keçirilir. Onlardan 78 nəfər birmandatlı dairələr üzrə, qalan 48 nəfər isə partiya siyahıları üzrə proporsional qaydada seçiləcək.
Seçkilər yalnız seçicilərin 50%-nin iştirakı olduqda etibarlı sayılır. Monqolustan vətəndaşları 18 yaşından səsvermə, 25 yaşından isə namizədliyini irəli sürmək hüququna malikdir.
Xatırladaq ki, Monqolustanda sonuncu parlament seçkiləri 2020-ci ilin iyununda keçirilib.