Bu gün səhər saatlarından İranda 14-cü prezident seçkilərinin səsverməsi başlayıb.
Viral.az xəbər verir ki, seçkilərdə 4 namizəd mübarizə aparır:
Səid Cəlili – İran ali rəhbərinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi;
Mustafa Purməhəmmədi – prokuror və keçmiş ədliyyə naziri;
Məsud Pezeşkian – parlamentin deputatı, keçmiş səhiyyə naziri;
Məhəmməd Baqir Qalibaf – parlamentin hazırkı sədri.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
Prezidentliyə namizəd Məsud Rezeşkian Rey şəhərinin Firuzabadi təhsil mərkəzində səs verib.
İRNA-nın məlumatına görə, səsvermədən əvvəl Rezüşkian Firuzabadi xəstəxanasında olub, məsul şəxslər və xəstələrin səhabələri ilə görüşüb söhbət edib.
O bildirib ki, haqqını ala bilməyənlərin, o cümlədən kişi və qadınların, təqaüdçülərin səsi olmaq üçün meydana çıxıb.
“Qalib gəlsəm, İranın xarici ölkələrlə əlaqələrini yaxşılaşdırmağa çalışacağam”, – deyə o əlavə edib.
Məsud Rezeşkian islahatçıların namizədi hesab olunur. Keçmiş prezidentlər Məhəmməd Hatəmi və Həsən Ruhani də onu dəstəkləyir.