Dünyanın ən yaxşı universitetləri – Türkiyənin 5 ali məktəbi də SİYAHIDADIR

Dünyanın ən yaxşı universitetləri siyahısında Massaçusets Texnologiya İnstitutu (MIT) yenə birinciliyini itirməyib.

 

Viral.az xəbər verir ki, “QS 2025 World University Rankings” açıqlanıb.

Son Yazılar:

 

Məlumata görə, ABŞ-ın aparıcı universitetlərindən olan MIT 13-cü dəfə siyahının başında adını yazdırıb. MIT-i London İmperial Kolleci və Oksford Universiteti izləyir.

 

Harvard Universiteti bu il 96,8 balla 4-cü yerdə qərarlaşıb. Sonrakı yerdə 96,7 balla Kembric Universiteti gəlir.

 

Bu il Türkiyənin 5 universiteti ilk 500 universitet siyahısına daxil olub. ODTÜ 285-ci, İstanbul Texniki Universiteti 326-cı, Koç Universiteti 401-ci, Boğaziçi Universiteti 418-ci, Bilkent Universiteti 477-ci pillədə qərarlaşıb.

 

Reytinqdə istifadə olunan meyarlar aşağıdakılardır:

 

– Akademik reputasiya və işəgötürən reputasiyası

– Fakültə-tələbə nisbəti

– Bir müəllimə düşən istinad sayı

– Beynəlxalq fakültə nisbəti

– Beynəlxalq tələbə nisbəti

– Beynəlxalq tədqiqat şəbəkəsi

– Məşğulluq nəticələri

– Davamlılıq/Dayanıqlılıq