Məşhur müğənni dəbdəbəli qarderobunu hərraca ÇIXARIR

Britaniyalı müğənni Elton Con dəbdəbəli qarderobunu “eBay”də satmaq qərarına gəlib.

Viral.az xəbər verir ki, müvafiq materialı “People” nəşr edir.

Nəşrin məlumatına görə, 77 yaşlı sənətçi dəbdəbəli brendlərdən sevimli əşyalarından ibarət kolleksiyanı satışa çıxarır. Beləliklə, alıcılar yüzlərlə geyim, ayaqqabı və aksesuar ala bilərlər. Bunlara “Gucci” gödəkçələri, “Versace” xalatları, xüsusi “Prada loafers”, tarixi konsert köynəkləri və beysbol papaqları daxildir.

Son Yazılar:

“Rocket Man Resale eBay” mağazası hər kəsə inanılmaz dərəcədə istedadlı dostum Donatella Versace tərəfindən hazırlanmış sevimli xalat kimi valehedici faktoru olan unikal parçalara çıxış əldə etmək imkanı verir”, – deyə Con bildirib.

Bundan əlavə, məşhur öz əşyaları ilə alıcıları ruhlandırmağa ümid etdiyini vurğulayıb.

“Ümid edirəm ki, bu əşyalar sizi özünəməxsus ruhunuzu ifadə etmək üçün ruhlandıracaq və mənə gətirdikləri qədər sevinc bəxş edəcək. Lüks və ya daha sadə bir şeyə üstünlük verməyinizdən asılı olmayaraq, hər kəs üçün bir şey var. Gəlir isə “Elton Con QİÇS” Fondunun işinə sərf olunacaq”, – deyə o, yekunlaşdırıb.

Yusif EYVAZLI