Dünyada kofenin qiyməti BAHALAŞA BİLƏR

Qlobal iqlim dəyişikliyi səbəbindən qəhvənin qlobal qiymətləri kəskin şəkildə qalxıb.

Viral.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

2024-cü ilin birinci yarısında qəhvənin dəyəri 40 faiz artıb. Səbəb Vyetnamdakı quraqlıq idi. Bu çeşidin ən böyük ixracatçısı dördüncü ildir ki, kiçik məhsullarla üzləşir. İstehsalda dünya lideri olan Braziliya da “Arabica” məhsulunda azalma gözləyir.

Son Yazılar:

Təchizatların azalması fonunda London və Nyu-York birjalarında qiymətlər yüksəlir. Analitiklərin fikrincə, qəhvənin qiymətinin artması sürəti 2008-ci ildən bəri rekord həddə çatıb.

Milli Qəhvə Assosiasiyası ötən ilin noyabrında quru hava şəraiti səbəbindən məhsulun 10 faiz azalacağını proqnozlaşdırmışdı. Sonradan məlum oldu ki, reallıqda söhbət həcmin 20 faiz azalmasından gedir.

Yusif EYVAZLI