Avropalı müşahidəçilər seçkiyə dəvət ediləcək

Biz ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu parlament seçkiləriinin uzunmüddətli müşahidəsi ilə əlaqədar dəvət edəcəyik. Səhv etmirəmsə, onlar yay dövründə uzunmüddətli müşahidə keçirmirlər.

 

Viral.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

Son Yazılar:

 

MSK sədri bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu qısamüddətli müşahidə keçirəcək: “Amma biz istərdik ki, uzunmüddətli müşahidə keçirsinlər. Biz çox məmnuniyyətlə onları burada qarşılamağa hazırıq”.

 

Məzahir Pənahov qeyd edib ki, geniş çeşiddə müşahidə missiyasının Azərbaycanda fəaliyyət göstərməsini təmin edəcəklər: “Yerli müşahidəçilər də MSK-ya müraciət edə bilərlər. Hər hansı konkret seçki dairəsinin hüdudlarında seçkini müşahidə etmək üçün həmin dairənin seçki komissiyasına müraciət edilməlidir. Kim müraciət edirsə, hamısına şərait yaratmağı tapşırmışıq”.