Azərbaycan Respublikasının bütün seçki dairələrində müşahidə aparılması üçün ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim olunması Sərəncamın rəsmi dərc edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalanadək, yəni, avqustun 22-nə qədər davam edir.
Viral.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova MSK-nın iyunun 29-də keçirilən iclasında söyləyib.
O bildirib ki, seçki dairəsi ərazisində müşahidə aparmaq üçün müvafiq seçki dairələrinə təqdim edilməsi isə Sərəncamın rəsmi dərc edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək, yəni, avqustun 27-nə qədər davam edəcək.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
“Seçki prosesi boyunca maarifləndirmə tədbirləri isə mütəmadi şəkildə həyata keçiriləcək. Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin müvafiq dairə seçki komissiyalarına təqdim edilməsi səsvermə gününə ən çox 50, ən azı isə 30 günə qalmışa qədər 18:00-dək davam edəcək. Yəni, bu proses iyulun 13-dən başlayacaq və avqustun 2-si 18:00-da yekunlaşacaq”, – deyə A.Muxtarova vurğulayıb.