“Apple” simsiz qulaqlıqlar yaratmağı planlaşdırıb.
Viral.az xəbər verir ki, səlahiyyətli insayder “Ming-Chi Ko” bu barədə “Medium”dakı bloqunda məlumat verib.
Mütəxəssislərin fikrincə, şirkət 2026-cı ildə yeni qulaqlıqlar təqdim edəcək. Cihaz “iPhone” və “iPad”də “Face ID” biometrik modulunun bir hissəsi kimi istifadə edilənə bənzər infraqırmızı kamera alacaq.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Ming-Chi Ko aydınlaşdırıb ki, qulaqcıqların “Vision Pro” genişlənmiş və virtual reallıq dəbilqəsi ilə inteqrasiyası üçün qulaqlıqlarda infraqırmızı kamera lazım olacaq. Geyilə bilən “audio” qurğu həmçinin AR və VR-yə yönəlmiş digər “Apple” cihazları ilə də işləyə biləcək.
Yusif EYVAZLI