Zənnimcə sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik.
Viral.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Kanadanın yeni təyin edilən səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən deyib.
Son Yazılar:
- Ağalarovun Əminə ilə yeni görüntüsü – VİDEO
- Kanada Ukraynaya NASAMS HHM sistemi verdiyini TƏSDİQLƏDİ
- “Yalı çapkını” final edə bilər
Dövlət başçısı qeyd edib ki, işğal dövründə vasitəçilərin planı Madrid prinsipləri adlandırılan əsas prinsiplərlə bağlı razılığa gəlməkdən ibarət idi:
“Onlar paraflanmalı və daha sonra isə mətn tərtib edilməli idi. Hesab edirik ki, bu, bir variant ola bilər – əsas prinsiplərlə bağlı razılıq əldə edilsin, onlar paraflansın və daha sonra mətn üzərində iş getsin”.
Prezident İlham Əliyev qeyd etdi ki, bu, onların konstitusiyaya dəyişiklik edəcəkləri təqdirdə baş tutacaq.