“Windows 11” işlədən kompüterlərin SAYI

Hazırkı “Microsoft” əməliyyat sistemi dəstəklənən bütün kompüterlərin üçdə birində quraşdırılıb.

Viral.az bildirir ki, bu barədə “Statcounter” analitik firmasının hesabatında bildirilir.

İyun buraxılışında “Windows 11″in bazar payının 29,7 faizlə bütün zamanların ən yüksək səviyyəsinə çatdığı bildirilir. Əməliyyat sisteminin ilk versiyasının buraxılışı 2021-ci ilin oktyabrında baş tutub.

Son Yazılar:

2015-ci ildə buraxılan “Windows 10” fərdi kompüter bazarında lider olaraq qalıb. Qlobal OS payı 66 faizə düşüb. Müqayisə üçün qeyd edək ki, fevralda “Windows 11″in payı 28 faiz, “Windows 10″un payı 67 faiz təşkil edib .

“Microsoft”un iki aparıcı əməliyyat sistemi digərlərindən xeyli irəlidədir. “Windows 7″nin qlobal payı 2,9 faiz, “Windows 8.1” – 0,4 faiz, “Windows XP” – 0,39 faiz, “Windows 8 “- 0,4 faiz təşkil edib.

Yusif EYVAZLI