Bakıda günvurmaya məruz qalanlar: aralarında uşaqlar da var

2024-cü ilin iyun ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə günvurma ilə əlaqədar 27 nəfərin müraciəti qeydə alınıb.

Viral.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyini (TƏBİB) məlumat yayıb.

Müraciət edənlərdən 5 nəfər xəstəxanaya təxliyə olunub. 20 nəfərə yerində yardım göstərilib. 2 nəfər isə hospitalizasiyadan imtina edib.

Son Yazılar:

Yerində yardım göstərilənlərdən iki nəfər 6 və 7 yaşlarında azyaşlılardır.

Günvurmanın ağırlıq dərəcəsinə görə yüngül, orta və ağır olmaqla 3 dərəcəsi var.

Yüngül dərəcə günvurma zamanı göz bəbəklərinin genişlənməsi, başgicəllənməsi, başağrısı müşahidə olunur.

Orta-ağır dərəcəli günvurma zamanı xəstədə kəskin başağrıları, qusma, ürək bulanması, bədən temperaturunun artması və huşun itməsi müşahidə edilir.

Ağır dərəcəli günvurma zamanı isə qeyd etdiyimiz hallarla yanaşı, sidik və nəcis ixracının qeyri-ixtiyari hal alması, bədən temperaturunun 40 dərəcədən yüksək olması, habelə komatoz vəziyyətdə isə ölümlə nəticələnə bilir.