Son 20 ildə 25 minə yaxın cinayətkar qrup zərərsizləşdirilib

2003-2023-cü illərdə cinayətlərin qarşısının alınması, açılması, istintaqı, bütövlükdə vətəndaşların qanuni mənafelərinin qorunması sahəsində davamlı iş aparılıb, o cümlədən 25 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 35 mindən çox odlu silah yığılıb və onun tətbiqilə törədilən hüquqazidd əməllərin sayı xeyli azalıb.

Viral.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə “Polis Günü”nə həsr olunmuş mərasimdə bildirilib.

Qeyd edilib ki, cinayətlərin orta hesabla 87 faizinin açılması təmin olunub, axtarışda olan 77 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 25 tona yaxın narkotik vasitə çıxarılıb. 

Son Yazılar: