İyulun 7-də ölkəmizdə Məhərrəm ayı başlayır. Bu ayda insanları maraqlandıran bir sıra suallar olur. Bu suallardan biri də toylarla bağlıdır.
Bəs Məhərrəm ayında niyə çoxları toy etmir?
Son Yazılar:
- Məktəb direktoru faciəvi şəkildə öldü – FOTO
- Cəlilabadda su bəndi yenidən QURULUR
- Ekoloji aspektdə fəaliyyətimiz dayanıqlı inkişaf prinsiplərinə uyğundur
Viral.az xəbər verir ki, mövzu ilə bağlı danışan din xadimi Ağa Hacıbəyli deyir ki, bu ay da digər aylar kimi sıravi aydır:
“Məhərrəm ayında olan tarixi hadisələr bu aya olan baxışı dəyişib. Bu hadisələr insanlarda mənəvi məsuliyyət yaradıb. Bu baxımdan insanlar həzrəti peyğəmbərə və onun əhli beytinə hörmət əlməti olaraq toy etməkdə israrlı deyillər. Bununla bağlı qayda isə Quranda və hədislərdə yoxdur.
İslam dinində və şəriət nöqteyi-nəzərindən toy mərasimlərinin keçirilməsi qadağan olunmayıb. Bununla bağlı heç bir fitva, yaxud ruhanilərin rəsmi qərarı yoxdur. Baxdığım bütün səhih mənbələr konkret qeyd edir: “Şəriət nöqteyi-nəzərindən məhərrəm ayında toy etmək, kəbin kəsdirmək qadağan deyil”.
Din xadimi qeyd edib ki, eləcə də Məhərrəm ayında dövlət qanunları insanlara seçim azadlığı verir:
“Əlbəttə, bu ayda toy edənlər də olur, ad günləri keçirənlər də. Yəni bu, insanın öz seçimidir və hər hansı dəyərlərə verdiyi qiymətidir. Ona görə də hesab edirəm ki, insan Məhərrəm ayında toy edib-etməməsini öz təfəkkürü ilə seçməlidir və dövlət də bu təfəkkürə qanunlar çərçivəsində azadlıq verir” (sfera.az).