Yaşlı vətəndaşları kiber fırıldaqçılardan qorumağın YOLU

Yaşlı insanları kiber fırıldaqçılardan qorumaq üçün onların rəqəmsal savadını artırmaq lazımdır. 

Viral.az “Gazeta.ru”ya istinadən xəbər verir ki , bu təkliflə Dövlət Dumasının İnformasiya Siyasəti, İnformasiya Texnologiyaları və Rabitə Komitəsinin üzvü Anton Nemkin çıxış edib.

Onun sözlərinə görə, yaşlı nəslin internetdən istifadə etməməsi ilə bağlı stereotip yanlışdır.

Son Yazılar:

“Polylog” agentliyinin rəqəmsal həllər departamentinin rəhbəri Lyudmila Bogatyreva əlavə edib ki, yaşlı vətəndaşlar fırıldaqçılarla qarşılıqlı əlaqələri barədə heç kimə məlumat vermirlər. Bu, cinayətkarların tutulması prosesini ləngidir və həmçinin hüquq-mühafizə orqanlarının dələduzluğu zərər vurulmamış dayandırmasına mane olur.

Nemkin qeyd edib ki, yaşlı nəslin rəqəmsal savadlılığının artırılması üçün sadə və başa düşülən metodologiyanın hazırlanması vəziyyəti düzəltməyə kömək edəcək.

Yusif EYVAZLI