Hər kəs sağlam saçlara sahib olmaq istəyir. Ancaq saçınızın sağlamlığını qorumaq göründüyü qədər asan deyil.
Çünki genetik faktorlar, stress, qeyri-kafi qidalanma və ya yanlış qulluq vasitələrinin istifadəsi saçın sağlamlığına birbaşa təsir edir.
Ən çox rast gəlinən saç problemlərindən biri olan saç tökülməsi müxtəlif səbəblərdən yaranır və həyatın istənilən dövründə müşahidə edilə bilər.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Digər amillərlə yanaşı, istifadə etdiyiniz şampunlar da saç tökülməsinə səbəb ola bilər.
Rəflərdəki ən bahalı şampunlar baş dərisinə zərər verə, saç tökülməsinin səbəbi ola bilər. Bu, onların tərkibindəki zərərli kimyəvi maddələrdən qaynaqlanır. Həmin maddələr dəri həssaslığına da gətirib çıxara bilir.
Yüksək pH-a malik şampunlar saçın təbii turşu balansını pozur, saçları qurudur və kövrəkləşdirir.
Viral.az medicina-ya istinadən xəbər verir ki, bu səbəbdən sağlam saçlara sahib olmaq üçün tərkibində aşağıdakı kimyəvi maddələr olan şampunlardan istifadə etməmək lazımdır.
1. Sulfatlar
Sulfatlar köpük yaranması üçün bir çox şampuna qatılan səthi aktiv maddələrdir. Çirk və yağı təmizləməkdə təsirli olsalar da, sulfatlar saç dərisini təbii yağlardan da təmizləyir. Bu isə saçları qurudur və baş dərisinə zərər verir. Zamanla bu, saç köklərinin zəifləməsinə və saç tökülməsinə gətirib çıxarır.
2. Parabaenlər
Parabenlər şampun kimi şəxsi qulluq məhsullarının saxlama müddətini uzatmaq üçün istifadə edilən sintetik qoruyucu maddələrdir. Araşdırmalar göstərib ki, parabenlər hormonal tarazlığı pozur və saç tökülməsinə səbəb olur.
3. Formaldehid
DMDM hydantoin və Diazolidinyl urea kimi formaldehid maddələr bəzən bakterial böyümənin qarşısını almaq üçün şampunlara əlavə edilir. Formaldehidə məruz qalmaq saçın seyrəlməsi və baş dərisinin qıcıqlanması ilə əlaqələndirilir.
4. Silikonlar
Silikonlar əsasən saçları ipək kimi etmək, onları hamarlaşdırmaq üçün şampunlarda istifadə olunur. Silikon müvəqqəti olaraq saçlarınızı sağlam və parlaq göstərə bilər, ancaq baş dərisində toplanaraq saç follikullarını tıxayır, saçın sağlam böyüməsinin qarşısını alır.
Baş dərinizin təmiz qalmasını və saçlarınızın sərbəst uzanmasını təmin etmək üçün silikonsuz şampunlar seçin.
4. Ətir
Şampunlardakı ətirlər zərərsiz görünə bilər, lakin bir çox sintetik ətirin tərkibində baş dərisini qıcıqlandıran və saçları zəiflədən kimyəvi maddələr var.
Bəzi insanlar hətta bu qoxulara qarşı allergik reaksiyalar inkişaf etdirə bilər. Baş dərisinin qıcıqlanması və saç tökülməsi riskini minimuma endirmək üçün qoxusuz və ya təbii ətirli şampunlara üstünlük verin.
Düzgün şampun necə seçilməlidir?
Etiket oxumağı vərdiş halına gətirin. Şampunların tərkibində nə olduğunu öyrənin və yuxarıda sadaladığımız maddələri ehtiva etməyən şampunları seçin.
Bitki əsaslı maddələrdən hazırlanan, təbii tərkibli şampunları alın.