İran səfirliyi Azərbaycana təşəkkür etdi 

“Azərbaycanda səfərdə olan və yaşayan İran vətəndaşlarına iyunun 28-də keçirilmiş prezident seçkilərində iştirak üçün yaradılan şəraitə görə Azərbaycan dövlətinə təşəkkür edirik”.

 

Viral.az xəbər verir ki, bu fikir İranın Azərbaycandakı səfirliyinin yaydığı bəyanatda vurğulanıb. Qeyd olunub ki, İranda keçirilən prezident seçkilərinin birinci turunda seçicilər fəal iştirak ediblər.

Son Yazılar:

 

“Səfirliklə əməkdaşlıq edərək iranlı seçicilərin seçkilərdə iştirakı üçün yaratdığı imkanlara görə Azərbaycana dərin təşəkkürümüzü bildiririk”-Bəyanatda bildirilib.

 

Bəyanatda nəzərə çatdırılıb ki, prezident seçkilərinin ikinci turunda səsvermə iyulun 5-də saat 8:00 başlayacaq və saat 18:00-a kimi davam edəcək.