Ərdoğan Türkiyə millisini belə təbrik etdi

“Futbol üzrə Avropa çempionatında Avstriyaya qalib gələn və 1/4 finala yüksələn Milli Futbol Komandamızı ürəkdən təbrik edirəm”. 

Viral.az xəbər verir ki, bunu özünün feysbuk səhifəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yazıb. 

“Bizim uşaqlara çempionluq yolunda uğurlar arzulayıram”, – deyə dövlət başçısı əlavə edib. 

Son Yazılar:

Xatırladaq ki, Türkiyə millisi Avstriya üzərində 2:1 hesablı qələbə qazanaraq adını Avropa Çempionatının 1/4 final mərhələsinə yazdırıb. Növbəti mərhələdə qardaş ölkə futbolçuları Niderlandla qarşılaşacaq. 

(redaktor.az)