NATO sammitində Ermənistan-Azərbaycan danışıqları APARILACAQ

Ermənistanla Azərbaycan arasında davam edən müzakirələr bizim üçün prioritetdir.

Viral.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinq zamanı bildirib.

“Cənubi Qafqaz problemləri kontekstində bu, bizim üçün prioritet məsələdir. Biz Vaşinqtonda keçiriləcək NATO sammiti çərçivəsində konkret görüşlər və problemlər üzərində işləməyə davam edəcəyik”.

Son Yazılar:

Qeyd edək ki, NATO-nun sammiti iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək.

Həm Azərbaycan, həm də Ermənistan Vaşinqtonda keçiriləcək NATO sammitinə dəvət olunub.