Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq — RƏSMİ

Beyin şişləri həm beyin toxumasının, həm də onun damarlarının, qişalarının, sinirlərinin, endokrin strukturlarının onkoloji zədələnmələrinin daxil olduğu kəllədaxili yeni törəmələridir. Bu şişlərin bir neçə növü var. Bəzi beyin şişləri xoşxassəli – yavaş böyüyən, aşağı dərəcəli (xoşxassəli), bəzi beyin şişləri isə bədxassəli – reproduktiv, yayılmış, yüksək dərəcəli (bədxassəli) olur.

Maraqlıdır, TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrindən birində beyin və beyin qişalarında aparılan əməliyyatlar, xoşxassəli beyin şişlərinin çıxarılması əməliyyatı etdirmək mümkündürmü? İcbari tibbi sığorta bunu qarşılayırmı?

Viral.az xəbər verir ki, bununla bağlı qurumdan sfera.az-a verilən açıqlamada qeyd olunub ki, bu, mümkündür.

Son Yazılar:

TƏBİB-dən bildirilib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfinə edilən son əlavə və dəyişikliklərə əsasən, artıq beyin və beyin qişalarında aparılan əməliyyatlar, xoşxassəli beyin şişlərinin çıxarılması əməliyyatı da ödənişsizdir:

“Bu əməliyyatın icrası müraciət etdiyiniz hər hansı dövlət xəstəxanasında mümkün olmadıqda icbari tibbi sığorta çərçivəsində müqaviləli özəl tibb müəssisələrinə göndəriş verilir”.

Həmçinin qeyd olunub ki, Xidmətlər Zərfində təminata alınmış əməliyyatlar sırasına anadangəlmə ürək qüsurlarının cərrahiyyəsi, minimal invaziv üsulla həyata keçirilən endovaskular əməliyyatlar, beyin və beyin qişalarında aparılan əməliyyatlar, xoşxassəli beyin şişlərinin çıxarılması, sümük, əzələ uzadılması, serebral iflic zamanı aşağı ətraflarda aparılan bükücü vətərin uzadılması, vətərin fiksasiyası, skolioz əməliyyatı kimi dəyəri yüksək olan tibbi xidmətlər də əlavə olunub.