İyulun 3-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirak edən nümayəndə heyətlərinin başçılarının şərəfinə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin adından qeyri-rəsmi şam yeməyi verilib.
Viral.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.