Ağ Ev ABŞ-nin Boliviyadakı çevriliş cəhdində iştirakını inkar edir

ABŞ administrasiyası ABŞ-nin Boliviyadakı çevriliş cəhdində əli olduğunu inkar edir.

Viral.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer brifinqdə bildirib.

“Biz ABŞ-nin Boliviyada iyunun 26-da baş vermiş hadisələrdə iştirakı ilə bağlı yanlış fərziyyələr gördük. Birləşmiş Ştatlar bu işdə iştirak etməyib.

Son Yazılar:

“Biz, əlbəttə ki, Boliviyada ordu hissələrinin yerləşdirilməsini 26 iyun və konstitusiya quruluşunu sarsıtmaq cəhdlərini kəskin şəkildə pisləyirik, Boliviyada xalqı və demokratiyanı dəstəkləməyə davam edəcəyik”, – ABŞ prezidentinin nümayəndəsi qeyd edib.

Onun sözlərinə görə, Vaşinqton gələcəkdə də bu mövqedən çıxış etmək niyyətindədir.

(redaktor.az)